“Günay Bank” bu ilin 9 ayını mənfəətlə başa vurub

“Günay Bank” bu ilin 9 ayını mənfəətlə başa vurub “Günay Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 1,011 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
24 Oktyabr , 2019 18:42
“Günay Bank” bu ilin 9 ayını mənfəətlə başa vurub

“Günay Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 1,011 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 47,1% azdır.

9 ay ərzində “Günay Bank”ın gəlirləri 14,295 milyon manat (5,4% çox), xərcləri 12,503 milyon manat (52% çox), xüsusi ehtiyatlara ayırmaları isə 780 min manat (77,2% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Günay Bank”ın aktivləri 215,412 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24% çoxdur. Bunun 132,824 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,9% böyüyüb.

Hesabat dövründə “Günay Bank”ın öhdəlikləri 36% artaraq 152,185 milyon manata, o cümlədən depozit portfeli 15,1% artaraq 80,398 milyon manata, balans kapitalı isə 2,2% artaraq 63,227 milyon manata çatıb.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Son xəbərlər

Orphus sistemi