Yuxarı

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 25% artıb

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 25% artıb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 250,416 milyon manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 20,7% artaraq 798,521 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 24,6% artaraq 2 217,207 milyon manat, aksizlər üzrə daxilolmalar 52,9% artaraq 201,492 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 21,1% artaraq 33,196 milyon manat olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi