“GoldenPay” ötən il 300 min manatdan çox xalis mənfəət əldə edib

“GoldenPay” ötən il 300 min manatdan çox xalis mənfəət əldə edib Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan “GoldenPay” ASC 2019-cu ili 323 min manat xalis mənfəətlə başa vurub. Halbuki şirkət 2018-ci ildən 34 min manat zərərlə çıxmışdı.
Maliyyə
15 May , 2020 16:27
“GoldenPay” ötən il 300 min manatdan çox xalis mənfəət əldə edib

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan “GoldenPay” ASC 2019-cu ili 323 min manat xalis mənfəətlə başa vurub. Halbuki şirkət 2018-ci ildən 34 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “GoldenPay”ın göstərdiyi xidmətlərdən gəlirləri 4 milyon manat (əvvəlki ilə nisbətən 31,9% çox), xidmətlərinin maya dəyəri 2,2 milyon manat (40,5% çox), ümumi və inzibati xərcləri 1,3 milyon manat (5,9% çox), faiz xərcləri 29 min manat (30,6% az), mənfəət vergisi ödəmələri isə 124 min manat (8,5 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “GoldenPay”ın aktivləri 2,3 milyon manat olub ki, bu da illik müqayisədə 37,4% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 18,3% artaraq 2 milyon manata, balans kapitalı isə 18,7 dəfə artaraq 342 min manata çatıb.

Xatırladaq ki, “GoldenPay” 2007-ci ildə yaradılıb. Şirkətin səhmdarı Böyük Britaniyanın Nevis adalarında qeydiyyatdan keçmiş “GoldenPay International” şirkətidir. 

Son xəbərlər

Orphus sistemi