Yuxarı

​German Qref: "Rusiyada ciddi islahatların aparılması təhlükəlidir"

Sberbankın prezidenti: Rusiyada iqtisadi vəziyyət tədricən zəifləyəcək

Bakı. 28 may. REPORT.AZ/ Hazırda Rusiyada mövcud idarəçilik sistemi ilə ciddi, genişmiqyaslı islahatlara başlamaq təhlükəlidir. İslahatlardan öncə ilk öncə ölkədə effektiv idarəetmə sistemi yaradılmalıdır. "Report" xəbər verir ki, bunu "Vedomosti" qəzetinə müsahibəsində "Sberbank" ASC-nin prezidenti German Qref bildirib.

"Nə qədər pul azalırsa, bir o qədər islahatlara ehtiyac duyulur. Neftin qiymətinin 70 dollar/barel səviyyəsində olması şəraitində isə buna ehtiyac yoxdur. Hazırkı vəziyyətdə ciddi islahatlara başlamaq təhlükəlidir", - G.Qref qeyd edib.

İqtisadi situasiyaya da toxunan Qref mənfi trenddən çıxmaq üçün heç bir mənbə görmədiyini bildirib. Onun sözlərinə görə, 2015-2016-cı illər ümumilikdə iqtisadiyyat və bank sektoru üçün çətin dövr olacaq. Sabiq nazir həmin illərdə ÜDM-in azalmasının 3-4% olacağının önəmi olmadığını, əsas problemin ölkənin üzunmüddətli mənfi trendə daxil olduğunu qeyd edib. Belə ki, aprel ayında Rusiyada pərakəndə satış illik müqayisədə 9,8%, investisiyalar 4,8%, sənaye 4,5% və ÜDM 4% azalıb. Büdcə kəsiri isə ÜDM-in 4,4%-nə çatıb. Bank sektoru üzrə yekun mənfəət yenidən mənfiyə keçib.

Daha sonra G.Qref ölkəsinin çıxışı olmayan dalana girmədiyini, sadəcə, yavaş-yavaş zəifləyəcəyini bildirib. "Sberbank"ın prezidenti hesab edir ki, Rusiyada gələcək iqtisadi inkişafı təmin etmək üçün insan resursları, yeni texnologiyalar, sistem əhəmiyyətli institutlara investisiya yatırılmalı, ölkədə ümumi investisiya mühiti yaxşılaşdırılmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi