Yuxarı

Orxan Məmmədov: "Gənc sahibkarların innovativ layihələrinə 50 min manatadək güzəştli kredit verilə bilər"

Gənc sahibkarlar güzəştli kredit ala bilər

Son bir il ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 200-dən artıq gənc sahibkardan müraciətlər daxil olub.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Birinci Gənc Sahibkarlar Forumunda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, onlardan 60%-i hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 30%-i maliyyə resurslarına çıxış, 10%-i isə hüquqların müdafiəsi ilə bağlı olub. Müraciətlərin 30%-i biznesə başlamaq, 70%-i isə biznesin inkişaf etdirilməsi məsələlərini əhatə edib. Sahələrə gəldikdə isə, bu, maliyyə-kredit, kənd təsərrüfatı, ticarət, xidmət və informasiya texnologiyaları sahələri olub", - O.Məmmədov qeyd edib.

Gənclər üçün maliyyə resurslarına əlçatanlığın artırılmasına toxunan KOBİA-nın sədri əlavə edib ki, Agentlik bu istiqamətdə dəstək verməyə hazırdır.

"İlk növbədə startapların maliyyələşdirilməsinə maraq var və bu marağı artırmaq üçün banklar və investorlarla fərdi qaydada işlərin aparılmasına zərurət yaranıb. Gənclərin təqdim etdiyi innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Gənclər Fondunun vəsaiti hesabına banklar vasitəsilə 50 min manatadək güzəştli kreditlərin verilməsi mexanizmi mövcuddur. Hesab edirik ki, bu prosesə KOBİA tərəfindən də dəstək göstərilə bilər və bu istiqamətdə Gənclər Fondu ilə əməkdaşlıq etməyə hazırıq", - O. Məmmədov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi