Yuxarı

Gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclərin həcmi 7,7 milyard manat nəzərdə tutulub

Gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclərin həcmi 7,7 milyard manat nəzərdə tutulub

69

Təhsil xərcləri 2 milyard manat səviyyəsində olacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ "2018-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin həcmi 7,7 milyard manat nəzərdə tutulub. Bu, cari ilin göstəricisi ilə müqayisədə 650 milyon manatdan çoxdur".

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AZTV-də efirə gedən "Günün nəbzi" verilişində bildirib.

"Yəni növbəti ildə sosialyönümlü layihələrə əlavə vəsait ayrılıb. Təkcə əməkhaqqı fondu üzrə 4,2 mlrd. xərclərimiz mövcuddur. Təhsilə ayrılan xərclər də xüsusi ilə böyük çəkiyə malikdir. Gələn il təhsil xərcləri 2 milyard manat səviyyəsində olacaq. Bu rəqəm cari il ilə müqayisədə 211 milyon manat çoxdur. Bu kifayət qədər yüksək bir artımdır", - deyə nazir bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi