Yuxarı
    Bağlamaq

    Gələn ilin büdcə daxilolmalarının 38%-i ARDNF-nin hesabına təmin ediləcək

    Gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferlər 6,1 mlrd. manat olacaq

    Bakı 27 dekabr. REPORT.AZ/ Gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferlər 6,1 mlrd. manat olacaq ki, bu da büdcə daxilolmalarının 37,53%-ni təşkil edəcək.

    “Report” xəbər verir ki, bu Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanunda göstərilib.

    Qanuna əsasən, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 255 mln. manat, xərcləri isə 16 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 634 706 min manat, yerli gəlirləri 620 294 mln. manat, mərkəzləşdirilmiş xərcləri 16 211 286 min manat, yerli xərcləri 688 714 mln. manat) məbləğində təsdiq edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi