Gələn il Mühasiblərin Peşəkar Sertifikasiyasının yeni imtahanları keçiriləcək

Gələn il Mühasiblərin Peşəkar Sertifikasiyasının yeni imtahanları keçiriləcək İmtahanlar 4 mərhələdə baş tutacaq
Maliyyə
10 Noyabr , 2016 11:10
Gələn il Mühasiblərin Peşəkar Sertifikasiyasının yeni imtahanları keçiriləcək

Bakı. 10 noyabr. REPORT.Az/ Gələn ilin ikinci yarısından Azərbaycanda Mühasiblərin Peşəkar Sertifikasiyasının (MHP) ikinci səviyyə imtahanları keçiriləcək. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) Müşahidə Şurasının sədri Rüfət Mahmud Bakıda keçirilən mühasiblər forumunda çıxış edərkən bildirib.

"Mühasiblərin Peşəkar Sertifikasiyasının 1-ci səviyyəsi maliyyə uçotu, idarəetmə uçotu və vergi uçotunun özündə əks etdirən 3 imtahandan ibarətdir. Bunlar uçotun əsasları sayılır. İkinci səviyyəyə isə maliyyə hesabatları, fəaliyyətin idarə edilməsi, audit və əminlik və maliyyə menecmenti olmaqla 4 imtahan daxildir. Bunlar peşəkar səviyyə deməkdir", - deyə R.Mahmud əlavə edib. 

Artıq birinci səviyyə imtahanlarına başlanılıb və elektron qeydiyyat ARPA-nın veb səhifəsi vasitəsilə aparılır.

Mühasiblərin Peşəkar Sertifikasiyası Proqramının hazırlanmasında məqsəd yerli maliyyə bazarında mühasibatlıq sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsidir.

Dünya Bankının maliyyələşdirdiyi CAPSAP layihəsi çərçivəsində ARPA risk peşəkarları assosiasiyasından mühasiblər və risk peşəkarları assosiasiyasına çevrilib. Layihənin yekunlarına əsasən, ARPA MHBS-ya əsasən hazırlanmış yeri sertifikasiya proqramı təşkil etmək hüququna malikdir. 

Son xəbərlər

Orphus sistemi