Gələn həftə Bakıda bankçılıq forumu keçiriləcək

Gələn həftə Bakıda bankçılıq forumu keçiriləcək Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə birlikdə noyabrım 23-24-də Bakıda “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumu (İslahatlar, Nəticələr və Perspektivlər) keçirməyi planlaşdırır.
Maliyyə
17 Noyabr , 2017 13:49
Gələn həftə Bakıda bankçılıq forumu keçiriləcək
Report

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə birlikdə noyabrım 23-24-də Bakıda “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumu (İslahatlar, Nəticələr və Perspektivlər) keçirməyi planlaşdırır.

“Report” ABA-ya istinadən xəbər verir ki, forumun məqsədi maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlığının daha da gücləndirilməsinə dair məsələlər, bank sisteminin sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər, nağdsız ödənişlərin həcminin artırılması istiqamətləri, ödəniş xidmətləri bazarında aparılacaq islahatlar, banklarda komplayensin inkişafı məsələlərinin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsinə vəsilə olmaqdır.

Tədbir 4 paneldən ibarət olmaqla, “Xarici şokların təsirinin minimallaşdırılması istiqamətində görülmüş işlər və yeni çağırışlar”, “Nağdsız cəmiyyətə doğru: ödəniş ekosistemində son trendlər, yeni bazar iştirakçıları və innovativ ödəniş həlləri”, “Müasir bankçılıqda komplayns”, “Bank sisteminin inkişafının hüquqi bazasının təkmilləşdirilməsi istiqamətləri” mözvularını əhatə edəcək.

Forumda maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının üzvləri, ödəniş xidmətlərini göstərən təşkilatların, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilərin iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi