Funt sterlinqin məzənnəsində kəskin dəyişiklik ola bilər

Funt sterlinqin məzənnəsində kəskin dəyişiklik ola bilər Bu, Böyük Britaniyada keçiriləcək parlament seçkilərinin nəticələrindən asılıdır
Maliyyə
6 İyun , 2017 13:53
Funt sterlinqin məzənnəsində kəskin dəyişiklik ola bilər

Bakı. 6 iyun. REPORT.AZ/ İyunun 8-də Böyük Britaniyada keçiriləcək parlament seçkiləri öncəsi və sonrası ingilis funt sterlinqinin məzənnəsində ciddi dəyişikliklər ola bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kanadanın "TD Securities" investisiya şirkəti məlumat yayıb. 

Şirkətin açıqladığı hesabatda qeyd olunur ki, hazırda konservativ partiyanın seçkiləri qazanma ehtimalı 66%-dir: "Amma leyborist partiyanın qələbəsini və yaxud koalisiya variantını da diqqətdən qaçırmaq olmaz. Funt sterlinq üçün isə ən yaxşı perspektiv hər hansi partiyanın seçkiləri təkbaşına və inamla qazanmasıdır. Əks halda onun məzənnəsi zəifləyə bilər".

Qeyd edək ki, hazırda USD/GBP məzənnəsi 1,293, EUR/GBP məzənnəsi isə 1,149-a bərabərdir. Seçkilərin nəticəsindən asılı olaraq 1 funt sterlinq 1,32 dollara və 1,17 avroya qədər bərabər ola bilər. 

Son xəbərlər

Orphus sistemi