Yuxarı
    Bağlamaq

    Funt sterlinq kəskin ucuzlaşıb

    Azərbaycanda funtun məzənnəsi 2,10 manata kimi geriləyə bilər

    Bakı. 29 mart. REPORT.AZ/ İngiltərənin baş naziri Tereza Mey bu gün ölkəsinin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı Lissabon anlaşmasının 50-ci maddəsini tətbiq etmək barədə Brüsselə (Avroparlament) rəsmi təkliflə bağlı məktubu imzalayıb. 

    "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, imzadan sonra funt sterlinq dollarla müqayisədə 1,8% ucuzlaşaraq 1,2620 USD/GBP səviyyəsindən 1,2390 USD/GBP-yə düşüb. Məktubun bu gün İngiltərənin Aİ-də daimi təmsilçisi ser Tim Barrou tərəfindən Aİ-nin Şurasının sədri Donald Tuska ötürüləcəyi bildirilir.

    "Report"un analitik qrupu funt sterlinqin bir qədər də ucuzlaşacağını və məzənnənin 1,22 USD/GBP səviyyəsinə kimi geriləcəyini proqnozlaşdırır. Azərbaycanın nağd valyuta bazarında isə funt sterlinqin satış qiymətinin 2,10 AZN/GBP-yə qədər azalacağı ehtimal edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi