Fransadakı prezident seçkiləri valyuta bazarına ciddi təsir göstərəcək

Fransadakı prezident seçkiləri valyuta bazarına ciddi təsir göstərəcək İnkişaf etməkdə olan ölkələrin valyutaları mənfi təsirə məruz qala bilər
Maliyyə
21 Aprel , 2017 13:54
Fransadakı prezident seçkiləri valyuta bazarına ciddi təsir göstərəcək

Bakı. 21 aprel. REPORT.AZ/ Bazar günü, aprelin 23-də Fransada keçiriləcək prezident seçkilərinin ilk turunun nəticələri qlobal valyuta bazarına ciddi təsir göstərəcək. 

"Report" "Goldman Sachs" investisiya bankının proqnozlarına istinadən xəbər verir ki, avrodan imtina etmək çıxışları ilə diqqəti çəkən namizəd Marin Le Pen ilk turdan keçəcəyi təqdirdə avro əsas rəqibi olan dollarla müqayisədə 2% ucuzlaşaraq məzənnənin 1,06 USD/EUR-a enməsinə səbəb ola bilər. Əks halda, avronun 5% möhkəmlənərək 1,13 USD-yə kimi bahalaşması ehtimal edilir.

"Citigroup"un proqnozlarına görə, prezidentliyə əsas namizəd olan Emmanuel Makronun prezident seçilməsi durumunda inkişaf etməkdə olan ölkələrin valyutalarında ciddi möhkəmlənmə baş verə bilər. Bankın strateji analitiklərindən Dik Villerin (Dirk Willer) hazırladığı məruzəyə əsasən, seçkilər Marin Le Penin qələbəsi ilə nəticələnərsə, Türkiyə, Çexiya, Rusiya və Polşa daxil olmaqla Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikada yerləşən bir çox ölkənin milli valyutaları mənfi təsirə məruz qalacaq.

Son xəbərlər

Orphus sistemi