Yuxarı

Qərb fond indeksləri azalıb

Qızılın bir unsiyasının qiyməti 1,23% bahalaşaraq 1 223,40 dollara bərabər olub

Bakı. 10 yanvar. REPORT.AZ/ Yanvarın 9-də Amerika Fond Bazarında Dow Jones indeksində 0,95% azalma müşahidə edilib və 17 737, 37 bənd təşkil edib, S&P 500 0,84% azalaraq 2 044,81 bənd, Nasdaq isə 1,68% azalaraq 4 704,07 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa Fond Bazarında yanvarın 9-də FTSE 100 indeksi 1,05% azalaraq 6 501,14 bəndədək, Almaniya DAX-ı 1,92% azalaraq 9 648,50 bəndədək, Fransa CAC-40-ı isə 1,90% azalaraq 4 179,07 bəndədək azalıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,23% bahalaşaraq 1 223,40 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1813 (+0,38%) təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi