Yuxarı

Fond bazarlarında qızıl 0,5% bahalaşıb

Dow Jones indeksi azalıb

Bakı. 8 avqust. REPORT.AZ/ Avqustun 7-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,27% azalaraq 17 373,38 bənd, S&P 500 0,29% ucuzlaşaraq 2 077,57 bənd, Nasdaq isə 0,26% geriləyərək 5 043,54 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,42% geriləyərək 6 718,49 bənd, Fransa CAC-40-ı 0,72% azalaraq 5 154,75 bənd, Almaniya DAX-ı isə 0,81% ucuzlaşaraq 11 490,83 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,48% bahalaşaraq 1 092,60 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0967 (+0,43%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi