“Fitch” Türkiyədəki ofisini bağlayır

“Fitch” Türkiyədəki ofisini bağlayır Bakı. 20 yanvar. REPORT.AZ/ “Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən törəmə şirkətinin fəaliyyətini dayandırmağa qərar verib.
Maliyyə
20 Yanvar , 2018 14:21
“Fitch” Türkiyədəki ofisini bağlayır

Bakı. 20 yanvar. REPORT.AZ/ “Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən törəmə şirkətinin fəaliyyətini dayandırmağa qərar verib.

Bu barədə “Report” türk mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Agentlik bununla bağlı yaydığı açıqlamada müəyyən qiymətləndirmələrdən sonra Türkiyə ofisinin bağlanılmasına qərar verdiyini bəyan edib. Qeyd edək ki, sözügedən şirkət indiyə qədər ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 75 şirkətə reytinq verib.

Bu arada, “Fitch” yenidən Türkiyənin xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz isə “Sabit” saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi