Yuxarı
    Bağlamaq

    "Fitch" Trampın iqtisadi qərarlarının riskə məruz qoyacağı ölkələri açıqlayıb

    Trampın proteksionist siyasəti qlobal iqtisadiyyat üçün problemlər yaradacaq

    Bakı. 13 fevral. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi ABŞ prezidenti Donald Trampın yeni iqtisadi siyasətindən ən çox mənfi təsirə məruz qalacaq ölkələrin adını açıqlayıb. 

    "Report" "Fitch"ə istinadən xəbər verir ki, bu siyahıda 12 ölkə və 2 region yer alıb. Agentlik hesabatında bildirib ki, Tramp administrasiyası beynəlxalq iqtisadi şərtlər və qlobal kredit bazarı üçün risk təşkil edir. Belə ki, məlumatda ABŞ-ın proteksionist iqtisadi siyasəti dəstəkləməsinin onunla ticarət münasibətlərində olan bir çox ölkənin gələcək iqtisadi vəziyyətinə təsir edəcəyi qeyd olunub. Hesabatda bildirilir ki, Trampın qərarlarının risk təşkil etdiyi ölkələr siyahısında Almaniya, Kanada, Yaponiya, Çin, Meksika, Hollandiya, İngiltərə, Honduras, Nikaraqua, Qvatemala, Salvador, Braziliya, Şərqi Asiya və Mərkəzi Avropa bölgəsi ölkələri yer alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi