Yuxarı
    Bağlamaq

    "Fitch" "Paşa Yatırım Bankası"nın reytinqini təsdiqləyib

    Reytinq əvvəlki səviyyədə sabit təsdiqlənib

    Bakı. 13 fevral. REPORT.AZ/ "Fitch" Beynəlxalq Reytinq Agentliyi "Pasha Yatırım Bankası A.Ş."nin milli valyutada uzunmüddətli reytinqini "BBB+", reytinq üzrə proqnozunu isə "sabit" səviyyəsində təsdiqləyib. 

    "Report" xəbər verir ki, bu barədə agentliyin internet səhifəsində məlumat verilib.

    Xatırladaq ki, "PAŞA Yatırım Bankası" "Paşa Bank" ASC-nin Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.

    "Fitch" Türkiyə bankı ilə bağlı qərarını onun əsas səhmdarından aldığı dəstəklə izah edib. Qeyd edək ki, agentlik "Paşa Bank"ın uzunmüddətli defolt reytinqini "B" səviyyəsində təsdiq edib. Onun reytinq üzrə proqnozu da "Sabit"dir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi