"Fitch" "Paşa Bank"ın reytinqini təsdiqləyib

"Fitch" "Paşa Bank"ın reytinqini təsdiqləyib Bakı. 16 avqust. REPORT.AZ/ Fitch Beynəlxalq Reytinq Agentliyi Paşa Bank ASC-nin emitentin uzunmüddətli defolt reytinqini (IDR) B+, reytinq üzrə proqnozunu isə sabit olaraq müəyyən edib.
Maliyyə
16 Avqust , 2018 19:00
Fitch Paşa Bankın reytinqini təsdiqləyib

Bakı. 16 avqust. REPORT.AZ/ "Fitch" Beynəlxalq Reytinq Agentliyi "Paşa Bank" ASC-nin emitentin uzunmüddətli defolt reytinqini (IDR) "B+", reytinq üzrə proqnozunu isə sabit olaraq müəyyən edib. 

Agentlikdən "Report"a verilən məlumatda deyilir ki, yeni reytinq bankın maliyyə göstəricilərini, likvid aktivlərini və dayanıqlı mövqeyini əks etdirir.

Hazırda "Paşa Bank"ın ümumi aktivlərinin 10%-ni Türkiyə, 4%-ni isə Gürcüstandakı törəmələri təşkil edir: "Bu ilin birinci yarısının göstəricilərinə görə, "Paşa Bank" Azərbaycandakı ümumi bank aktivlərinin 13%-nə, depozitlərin isə 18%-nə sahibdir".

Son xəbərlər

Orphus sistemi