"Fitch" agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin reytinqini açıqlayıb

"Fitch" agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin reytinqini açıqlayıb Reytinq şirkətin xarici valyutada buraxılan uzunmüddətli avrobondlara verilib
Maliyyə
17 Mart , 2017 09:51
Fitch agentliyi Cənub Qaz Dəhlizi QSC-nin reytinqini açıqlayıb
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin uzunmüddətli avrobondlar üzrə reytinqini "BB+" səviyyəsində təsdiq edib. "Report" bu barədə Agentliyin rəsmi məlumatına istinadən xəbər verir.

"Fitch" bildirib ki, onun bu təsdiqi "Cənub Qaz Dəhlizi" QSC-nin Azərbaycan Respublikası tərəfindən zəmanət verilmiş, toplam həcmi 2 mlrd. ABŞ dolları, tədavül müddəti 10 il olan istiqrazlara Agentliyin dəyişməyən mövqeyini əks etdirir. 

Xatırladaq ki, 2016-cı ilin mart ayında “Cənub Qaz Dəhlizi” QSC tərəfindən 1 mlrd. ABŞ dolları məbləğində illik 7% gəlirlilik dərəcəsi (6,875 kupon faizi ilə) və 10 il ödəmə müddəti ilə istiqrazlar emissiya edildikdən sonra, emitent, 144a/RegS tələblərinə uyğun olaraq, bu ay 1 mlrd. dollar dəyərində əlavə istiqraz buraxılışı üçün yenidən beynəlxalq kapital bazarlarına çıxıb və həmin istiqrazlar 5,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib. 

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" QSC tam Azərbaycana məxsus olan şirkətdir. Onun 51%-i İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.

Son xəbərlər

Orphus sistemi