"Fitch" Böyük Britaniyanın kredit reytinqini mənfi proqnozla təsdiqləyib

"Fitch" Böyük Britaniyanın kredit reytinqini mənfi proqnozla təsdiqləyib Bakı. 29 oktyabr. REPORT.AZ/ Fitch Beynəlxalq Reytinq Agentliyi Böyük Britaniyanın milli və xarici valyutalarda uzunmüddətli defolt reytinqini mənfi proqnozlu AA səviyyəsində təsdiqləyib.
Maliyyə
29 Oktyabr , 2018 11:40
Fitch Böyük Britaniyanın kredit reytinqini mənfi proqnozla təsdiqləyib
0 : 00
0 : 00

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Fitch" Beynəlxalq Reytinq Agentliyi Böyük Britaniyanın milli və xarici valyutalarda uzunmüddətli defolt reytinqini mənfi proqnozlu "AA" səviyyəsində təsdiqləyib.

"Report" xəbər verir ki, proqnozun "mənfi" olmasına səbəb ölkənin Avropa İttifaqından çıxması (Brexit) ilə davam edən "sərt" ssenarinin risklər yaratmasıdır. 

Agentlik hesab edir ki, "Brexit", qısamüddətli və ortamüddətli dövrdə Böyük Britaniyanın ticarət, investisiya və iqtisadi perspektivlərinə mənfi təsir edə bilər. 

"Fitch"in proqnozuna əsasən, 2018-ci ildə ölkənin ümumi daxili məhsulunun artımı 2017-ci ildəki 1,7%-lik göstəricədən 1,3%-ə düşəcək. 

Son xəbərlər

Orphus sistemi