"Fitch" Azərbaycanın kredit reytinqi üzrə proqnozunu yüksəldib - YENİLƏNİB

"Fitch" Azərbaycanın kredit reytinqi üzrə proqnozunu yüksəldib - YENİLƏNİB Reytinq isə "BB+" səviyyəsində sabit saxlanılıb
Maliyyə
3 Fevral , 2018 09:54
Fitch Azərbaycanın kredit reytinqi üzrə proqnozunu yüksəldib - YENİLƏNİB

İlk xəbər saat 09:39-da verilib

Bakı. 3 fevral. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici və yerli valyutada reytinqi üzrə proqnozunu "neqativ"dən "stabil"ə yüksəldib. 

Reytinq isə "BB+" səviyyəsində təsdiq edilib. 

"Report" xəbər verir ki, bu barədə "Fitch"in rəsmi veb-saytında məlumat verilib. 

***

Agentlik reytinq üzrə proqnozun yüksəltməsinə səbəb kimi, 2016-cı ildə 2 illik turbulentlikdən sonra makro-iqtisadi sabitliyin əldə olunması, neft qiymətlərinin tədricən bərpa edilməsi və manatın məzənnəsinin sabitləşməsini əsas gətirib. Məzənnənin sabitləşməsi 2017-ci ilin aprel ayından başlayaraq inflyasiya təzyiqini azaltmağa imkan verib.

Son xəbərlər

Orphus sistemi