"Fitch": Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti bu il 24% olacaq

"Fitch": Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti bu il 24% olacaq Tədiyyə balansında cari hesabın kəsirinin ÜDM-ə nisbətinin 2018-ci ildə 5% olacağı gözlənilir
Maliyyə
16 Mart , 2017 10:49
Fitch: Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti bu il 24% olacaq
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın tədiyyə balansında cari hesabın kəsirinin ÜDM-ə nisbətinin 2017-ci ildə 2,4%, 2018-ci ildə isə 5% təşkil edəcəyi gözlənilir.

"Report"un verdiyi xəbərə görə, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin müstəqil reytinqlər üzrə direktoru Pol Gembl (Paul Gamble) Agentliyin Bakıda keçirilən VI illik konfransında bildirib.

Agentliyin proqnozlarına görə, Azərbaycanda ÜDM 2017-ci ildə 0,2%, 2018-ci ildə isə 1,7% artacaq. İnflyasiyanın bu il 9%, gələn il isə 5% səviyyəsində olacağı proqnozlaşdırılır. Həmçinin, Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinin 2017-ci ildə 24%, gələn il isə 25,1% olacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi