“Fitch” “AFB Bank”ın reytinqini təsdiqləyib

“Fitch” “AFB Bank”ın reytinqini təsdiqləyib “Fitch” beynəlxalq reytinq agentliyi “AFB Bank” ASC-nin uzunmüddətli defolt reytinqini (EDR) B” səviyyəsində təsdiq edib.
Maliyyə
12 İyul , 2019 13:59
“Fitch” “AFB Bank”ın reytinqini təsdiqləyib

“Fitch” beynəlxalq reytinq agentliyi “AFB Bank” ASC-nin uzunmüddətli defolt reytinqini (EDR) "B” səviyyəsində təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qurumun reytinq üzrə proqnozu “Sabit”dir.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi