“Fitch” “Accesbank”ın yeni reytinqini təsdiq edib

“Fitch” “Accesbank”ın yeni reytinqini təsdiq edib Bank Azərbaycanın maliyyə institutları arasında ən yüksək reytinqini qoruyub saxlayır
Maliyyə
6 Sentyabr , 2017 18:06
“Fitch” “Accesbank”ın yeni reytinqini təsdiq edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Fitch" beynəlxalq reytinq agentliyi “AccessBank” QSC-nin uzunmüddətli kredit reytinqini “BB” kateqoriyasında, “Sabit ” proqznozla “BB-” səviyyəsində təsdiqləyib. 

Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, bununla da Bank Azərbaycanın maliyyə institutları arasında ən yüksək reytinqini qoruyub saxlayır: 

“Agentlik həmçinin, "Accessbank"ın Dəstək Reytinqini "3" səviyyəsində təsdiqlədi, bu da bankın səhmdarlar tərəfindən davamlı dəstəkləndiyinin göstəricisidir. Mövcud reytinq Bankın cari bazar şəraitində sağlam mövqeyini əks etdirir. Güclü tərəfdaşlarımız və onların dəstəyini qazanmaq bu çərçivədə əhəmiyyətli bir aktivdir. Bazarda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirlməsi üzrə aparıcı mövqeyimizə əsaslanaraq biz rəqəmsal xidmət kanalları daxil olmaqla fərdi maliyyə xidmətləri göstərərək müştərilərimizə maksimum dərəcədə dəstək göstərməyə davam edirik”, – deyə “AccessBank”ın İdarə Heyətinin sədri Dr. Rolf Reichardt reytinqi şərh edib. 

Xatırladaq ki, “AccessBank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan “AccessBank” tam çeşidli bank xidmətləri təqdim edir.

Son xəbərlər

Orphus sistemi