“Finoko” BOKT dollarda, illik 9% gəlirliliyə malik istiqraz buraxıb - YENİLƏNİB

“Finoko” BOKT dollarda, illik 9% gəlirliliyə malik istiqraz buraxıb - YENİLƏNİB İlk xəbər saat 16:40-da verilib
Maliyyə
8 Oktyabr , 2019 17:30
“Finoko” BOKT dollarda, illik 9% gəlirliliyə malik istiqraz buraxıb - YENİLƏNİB

İlk xəbər saat 16:40-da verilib

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 5 il müddətinə 1 milyon ABŞ dolları dəyərində istiqraz buraxıb.

“Report”un əldə etdiyi məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 1 000 ədəd istiqrazdan gedir.

Artıq qiymətli kağızların qapalı üsulla yerləşdirməsinə başlanılıb. Onların illik gəlirliliyi 9% təşkil edir. Faizlər müddətin sonunda ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. 

Son xəbərlər

Orphus sistemi