"Finex Credit" filial şəbəkəsini genişləndirir

"Finex Credit" filial şəbəkəsini genişləndirir Maliyyə qurumu paytaxtda ilk filialını açıb
Maliyyə
9 Yanvar , 2017 13:53
Finex Credit filial şəbəkəsini genişləndirir

Bakı. 9 yanvar. REPORT.AZ/ “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) Bakıda ilk filialı fəaliyyətə başlayıb. “Report” xəbər verir ki, yeni filial paytaxtın Nəsimi rayonunda, 20 Yanvar küçəsi,1 ünvanında (“Şamaxinka” deyilən ərazidə) yerləşir.

Bununla da, BOKT-un ölkə üzrə filiallarının sayı 4-ə çatıb. Hazırda “Finex Credit” Gəncə şəhərində, eləcə də Zaqatala və Qəbələ rayonlarında da təmsil olunur.

Xatırladaq ki, "Finex Credit” 2013-cü ildə yaradılıb, “Finex Group”a daxildir. Onun nizamnamə kapitalı 600 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 6 min səhm əsasında formalaşıb. BOKT-un səhmlərinin 73,3%-i “Finance Leasing” ASC-yə, 14,9%-i Sevda Cəbrayıl qızı İbrahimovaya, 11,8%-i isə Mobil Famil oğlu Şərifova (“Finance Leasing”in 10%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi