Yuxarı

"Finex Credit" dollarda istiqraz buraxır

İstiqrazların illik gəlirliliyi 9-14% təşkil edəcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası "Finex Credit" bank olmayan kredit təşkilatının (BOKT) istiqraz emissiyalarını qeydə alıb.

"Report" xəbər verir ki, emissiyalar hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 901 və 218 istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur. 3 il müddətində tədavüldə olacaq istiqrazların illik gəlirliliyi müvafiq olaraq 9% və 14% təşkil edəcək. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri qismində "Kapital Menecment İnvestisiya Şirkəti" QSC çıxış edir.

Xatırladaq ki, "Finex Credit" ASC 2013-cü ildə yaradılıb, "Finex Group" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 572 min manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 5 720 səhm əsasında formalaşıb. Səhmlərin 88%-i "Finance Leasing" ASC-yə ("Finex Group"un digər üzvü), qalan 12%-i isə iki fiziki şəxsə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi