"FINCA Azerbaijan”ın aktivləri 83% azalıb

"FINCA Azerbaijan”ın aktivləri 83% azalıb Bakı. 12 noyabr. REPORT.AZ/ “FINCA Azerbaijan” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 83,35% dəfə azalaraq bu il yanvarın 1-nə 8,203 mln. manat təşkil edib.
Maliyyə
12 Noyabr , 2018 15:52
FINCA Azerbaijan”ın aktivləri 83% azalıb

Bakı. 12 noyabr. REPORT.AZ/ “FINCA Azerbaijan” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 83,35% dəfə azalaraq bu il yanvarın 1-nə 8,203 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “FINCA Azerbaijan”ın müştərilərə verdiyi xalis kreditlər 89,4% azalaraq 3,32 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 84,5% azalaraq 8,684 mln. manat, cəmi kapitalındakı çatışmazlıq isə 92,7% azalaraq 481 min manat olub.

“FINCA Azerbaijan” 2017-ci ili 6,552 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2016-cı ildən 24,5 mln. manat xalis zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi