Yuxarı

​Fevral ayında 83 ədəd Yaşıl Kart müqaviləsi bağlanılıb

Beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 13 927 manat təşkil edib

Bakı. 2 mart. REPORT.AZ/ Fevral ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən İran və Türkiyəyə səfər edən avtonəqliyyat vasitələri üçün 83 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 13 927 manat təşkil edib.

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 19-u minik, 34-ü yük, 30-u isə qoşqu kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub. Bağlanılan müqavilələr üzrə ən aşağı sığorta haqqı 12 manat, ən yüksək sığorta haqqı 440 manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi