FED-in yeni rəhbəri işə başlayır

FED-in yeni rəhbəri işə başlayır Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) yeni rəhbəri Cerom Pauel (Jerome Powell) bu gün vəzifəsinin icrasına başlayır.
Maliyyə
5 Fevral , 2018 16:54
FED-in yeni rəhbəri işə başlayır

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) yeni rəhbəri Cerom Pauel (Jerome Powell) bu gün vəzifəsinin icrasına başlayır.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Pauel bu vəzifədə 4 il qalacaq.

Qeyd edək ki, Pauel ABŞ fond birjalarının son 2 ilin ən sərt azalması ilə üzləşdiyi, ABŞ dövlət istiqrazlarının son 4 ilin maksimal həddinə çatdığı, qlobal iqtisadiyyatın sürətləndiyi və uçot dərəcəsini artırmaq zərurəti olan bir dövrdə işə başlayır.

Analitiklər bu il FED-in 3 dəfə faiz artıracağını ehtimal edirlər. FED üzvlərinin proqnozları da bazar iştirakçılarının ehtimalları ilə üst-üstə düşür.

Son xəbərlər

Orphus sistemi