Yuxarı

FED-in uçot dərəcəsini artırmasına xidmət edən daha bir müsbət göstərici açıqlanıb

FED-in uçot dərəcəsini artırmasına xidmət edən daha bir müsbət göstərici açıqlanıb

Bakı. 29 mart. REPORT.AZ/ ABŞ-da ötən həftə işsizlik müavinəti üçün müraciətlərin sayı 12 min nəfər azalaraq 215 minə düşüb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu, 1973-cü ildən bəri ən aşağı həddir. Analitiklər müavinət almaq istəyənlərin sayının 230 min olacağını ehtimal edirdilər.

"Report"un analitik qrupu bildirir ki, açıqlanan göstərici ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) mayın 1-2-də keçirilməsi gözlənilən iclası ərəfəsində ölkədə işsizlik səviyyəsinin aşağı düşdüyünü, əmək bazarının fəallığını qoruduğunu göstərir. Bu səbəbdən iclasda uçot dərəcəsinin artırılma ehtimalı getdikcə güclənir. Bununla belə, qəbul ediləcək faiz qərarı aprelin 11-də açıqlanacaq mart ayı üçün inflyasiya göstəricisindən çox asılıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi