Yuxarı

Bloomberg: FED 2020-ci ildə faizi dəyişdirməyəcək

FED 2020-ci ildə faizi dəyişdirməyəcək

Əvvəllər faizlərin azaldılmasını gözləyən ekspertlərin əksəriyyəti fikirlərini dəyişdirib və Federal Ehtiyat Sisteminin (FED) gələn il faiz nisbətini dəyişməyərək 1,5-1,75% arasında saxlayacağını gözləyirlər.

"Report" xəbər verir ki, "Bloomberg" 29 iqtisadçı arasında apardığı sorğuya əsasən bu nəticəyə gəlib.

Məlumata görə, sorğuda iştirak edənlərin 90%-dən çoxu FED-in builki faiz endirimlərinin iqtisadi artımı dəstəklədiyini və pul siyasətinin "yaxşı bir yerdə" olduğunu qeyd ediblər.

Qeyd edək ki, iqtisadçılar gələn il iqtisadiyyatda resesiya ehtimalının azaldığını vurğulayıblar. Ancaq ABŞ iqtisadiyyatı üçün gələn il ən böyük təhlükə ticarət müharibələri və qlobal iqtisadi artımın yavaşladığını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi