Fazil Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Fazil Məmmədov Qaxda vətəndaşları qəbul edəcək Vergilər naziri Qax, Şəki, Zaqatala və Baləkən rayonlarından olan vətəndaşların müraciətlərinə baxacaq
Maliyyə
19 Sentyabr , 2017 08:58
Fazil Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ Sentyabrın 22-də vergilər naziri Fazil Məmmədov Qax rayon vergi ödəyicilərinə xidmət mərkəzində (Qax şəhəri, Heydər Əliyev prospektində) Qax, Şəki, Zaqatala və Baləkən rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşlar 13 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Elmar Baqiyev, tel: (024) 255-26-93, (050) 382-79-92), Qax Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Azad Məmmədov, tel: (024) 255-52-30, (055) 614-14-76), Şəki Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Rahim Rəsulov, tel: (024) 244-33-35, (050) 369-75-60), Balakən Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Taleh Məmmədov, tel: (024) 295-20-57, (055) 966-31-15) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi