​"Expressbank" yeni kredit aksiyası keçirir

​"Expressbank" yeni kredit aksiyası keçirir Kampaniya dekabrın 31-dək davam edəcək
Maliyyə
5 Dekabr , 2014 11:15
​Expressbank yeni kredit aksiyası keçirir
Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın "Expressbank" ASC müştərilər üçün istehlak kreditləri üzrə yeni, "Qış kampaniyası" adlı aksiyaya başlayıb.

"Report"un Banka istinadən verdiyi xəbərə əsasən, aksiyanın şərtlərinə görə, müştərilər nağd pul krediti götürərkən borcu ödəməyə növbəti aydan deyil, istəyə görə 1 və ya 2 ay sonra başlayacaqlar. Kreditin maksimal məbləği 10 min manat, maksimal müddəti isə 36 aydır.

Aksiya dekabrın 31-dək davam edəcək.

Qeyd edək ki, "Expressbank" müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes, ipoteka, avtomobil kreditləri, təhsil, səhiyyə və dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

Son xəbərlər

Orphus sistemi