"Expressbank" yeni kredit aksiyasına başlayıb

"Expressbank" yeni kredit aksiyasına başlayıb ​"Expressbank" müştəriyə yaşına görə endirim edəcək
Maliyyə
18 Fevral , 2015 17:15
Expressbank yeni kredit aksiyasına başlayıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanın "Expressbank" ASC ad günü olan müştərilər üçün güzəştli kredit aksiyası keçirir. Belə ki, müştərinin banka müraciət etdiyi tarix doğum günü ilə eyni aya təsadüf etdikdə həmin müştəriyə istehlak kreditləri üzrə komissiya xərclərində yaşı qədər endirim təqdim edilir və "Visa Gold" kartı hədiyyə olunur.

"Report"un banka istinadən verdiyi xəbərə görə, əgər müştəri "ExpressCard" kredit məhsulunu sifariş edərsə, ona həmin kart "Visa Gold" əsasında veriləcək.

Qeyd edək ki, "Expressbank" müxtəlif proqramlar üzrə kreditlər (mikro və kiçik biznes üçün, ipoteka, avtomobil, təhsil və səhiyyə işçilərinə, dövlət işçilərinə, təmir və digər istehlak kreditləri) təklif edir.

Qeyd edək ki, "Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Bunun 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin bölgələrində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomatı, 5 000-dək POS-terminalı və 180-dək "ExpressPay" ödəniş terminalı var.

Son xəbərlər

Orphus sistemi