“Expressbank” konvertasiya haqqını azaldıb

“Expressbank” konvertasiya haqqını azaldıb Bakı. 29 mart. REPORT.AZ/ “Expressbank” ASC müştərilərinə müraciət edib.“Report”un məlumatına görə, müraciətdə bildirilib ki, sabahdan etibarən Ban...
Maliyyə
29 Mart , 2017 17:58
“Expressbank” konvertasiya haqqını azaldıb

Bakı. 29 mart. REPORT.AZ/ “Expressbank” ASC müştərilərinə müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilib ki, sabahdan etibarən Bankın bütün kartları üzrə konvertasiya əməliyyatları 2,5% komissiya ilə yerinə yetiriləcək.

İndiyə qədər bu göstərici 4% olub. Başqa sözlə, kredit təşkilatı konvertasiya haqqını azaldıb.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 368,69 manat olan 372 282 ədəd səhm əsasında formalaşıb. Səhmlərin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi