“Expressbank”ın aktivləri azalıb

“Expressbank”ın aktivləri azalıb Bakı. 18 iyul. REPORT.AZ/ “Expressbank” ASC-nin aktivlərinin həcmi 2017-ci ilin yanvar-iyun ayları ərzində 2,35%, illik müqayisədə isə 0,...
Maliyyə
18 İyul , 2017 14:25
“Expressbank”ın aktivləri azalıb

Bakı. 18 iyul. REPORT.AZ/ “Expressbank” ASC-nin aktivlərinin həcmi 2017-ci ilin yanvar-iyun ayları ərzində 2,35%, illik müqayisədə isə 0,24% azalaraq bu ilin iyulun 1-nə 280,085 mln. manata bərabər olub. Kredit portfeli isə ilin əvvəlindən 15,78%, illik 24,10% azalaraq 167,864 mln. manat təşkil edib.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri ilin əvvəlindən 5,79%, illik 4,92% azalaraq 2017-ci il iyulun 1-nə 136,404 mln. manata enib. Müştəri depozitlərinin həcmi isə I yarımillikdə 15,19% artaraq 106,772 mln. manata çatıb. Bu il iyulun 1-nə bankın nizamnamə kapitalı 137,257 mln. manat, cəmi kapitalı 143,681 mln. manat təşkil edib.

"Expressbank" cari ilin birinci yarısında 1,780 mln. manat həcmində xalis mənfəət əldə edib. Ötən ilin ilk yarısını isə bank 4,359 mln. manat zərərlə başa vurub.

Son xəbərlər

Orphus sistemi