“Expressbank” biznes kreditləşməsini bərpa edib

“Expressbank” biznes kreditləşməsini bərpa edib İş adamlarına kreditlər manatla verilir
Maliyyə
6 Dekabr , 2016 16:41
“Expressbank” biznes kreditləşməsini bərpa edib

Bakı. 6 dekabr. REPORT.AZ/ "Expressbank" ASC müştərilərə biznes kreditlərinin verilməsini bərpa edib. 

Bu barədə "Report"a bankdan bildirilib.

Məlumata görə, kreditlər fiziki şəxslərə illik 25-30%-lə ayrılır. Söhbət 30 min manata qədər mikrokreditlərdən gedir. Hüquqi şəxslərə isə borc illik 21-27%-lə verilir. Söhbət 30-500 min manat arası kreditlərdən gedir. “Expressbank” sahibkarlara dollarla kredit vermir.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 368,69 manat olan 372 282 ədəd səhm əsasında formalaşıb. Səhmlərin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi