"Expressbank" 1,5 mln. manata yaxın zərər edib

"Expressbank" 1,5 mln. manata yaxın zərər edib Bankın kredit portfeli illik müqayisədə 9% azalıb
Maliyyə
21 Noyabr , 2016 12:19
Expressbank 1,5 mln. manata yaxın zərər edib

Bakı. 21 noyabr. REPORT.AZ/ "Expressbank" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,18% azalaraq 2016-cı il oktyabrın 1-nə 287,087 mln. manata enib. "Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Kredit portfeli 9,1% azalaraq 214,595 mln. manat olub. Kreditlərin 30,1%-i xarici valyutada verilib. Kreditlərin 15,967 mln. manatının və ya 7,44%-nin ödəniş vaxtı keçib. 

Bu müddətdə depozit portfeli 18,5% artaraq cari il oktyabrın 1-nə 79,505 mln. manata yüksəlib. Depozitlərin 80,1%-i xarici valyutada yerləşdirilib.

Cari ilin yanvar-sentyabr ayları ərzində Bankın xalis zərəri 1,473 mln. manat təşkil edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə Bank 3,603 mln. manat xalis mənfəət əldə etmişdir. 

Hesabata əsasən, faiz gəlirləri 11,2% azalaraq 29,253 mln. manat, faiz xərcləri 25,4% azalaraq 5,549 mln. manat təşkil edib. Qeyri-faiz gəlirləri 5,1% azalaraq 7,144 mln. manat, qeyri-faiz xərcləri 0,16% azalıb. Beləliklə, cari ilin ilk 9 ayı ərzində Bank 13,132 mln. manat xalis əməliyyat mənfəəti əldə edib. Bununla yanaşı, 14,248 mln. manat aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək Bankın zərəri 1,117 mln. manat təşkil edib.  

Son xəbərlər

Orphus sistemi