Yuxarı

"Express Bank"ın aktivləri ötən il 44% artıb

Əhalinin Bankdakı əmanətləri isə hesabat ilində 33% artıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın "Express Bank" ASC-nin aktivləri 2014-cü il ərzində 44% artaraq 2015-ci il yanvarın 1-nə 327,7 mln. manat təşkil edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 16,8% artaraq 210,6 mln. manat olub.

Bankda müştəri depozitlərinin həcmi 2015-ci il yanvarın 1-nə 166,6 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 51,3 mln. manat təşkil edib ki, hesabat dövründə bu göstərici 33,4% artıb.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə Bankın məcmu kapitalı 137,7 mln. manat təşkil edib.

Hazırda "Express Bank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir ki, bunun 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin bğlgələrdə yerləşir. Bankın ölkə üzrə 90-dək bankomatı, 5 000-dək POS-terminalı və 140-dək "ExpressPay" ödəniş terminalı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi