Yuxarı

Əsas Qərb indeksləri enib

İndekslərin dinamikasına xarici makroiqtisadi xəbərlər təsir edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Noyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 17 366 bəndədək, S&P 500 0,01% - 2 018 bəndədək enib, Nasdaq 0,2% - 4 639 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, indekslərin dinamikasına xarici makroiqtisadi xəbərlər təsir edib. Bundan əlavə, indekslərin bir qədər enməsi son günlərdə kotirovkaların yüksəlməsindən sonra satışın artması ilə əlaqədar ola bilər.

Avropa fond bazarlarında noyabrın 3-də FTSE 100 indeksi 0,9% - 6 488 bəndədək, Almaniya DAX-ı 0,8% - 9 252 bəndədək, Fransa CAC-40-ı isə 0,9% - 4 194 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 166,40 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2523 dollar (+0,3%) təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi