Yuxarı

​Əsas Qərb indeksləri azalıb

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2043 dollar (-1,26%) təşkil edib

Bakı. 3 yanvar. REPORT.AZ/ Yanvarın 2-də Amerika Fond Bazarında Dow Jones indeksində 1,13% azalma müşahidə edilib və 17 832,99 bənd təşkil edib, S&P 500 1,54% - 2 058,20 bəndədək, Nasdaq isə 0,97% - 4 726,81 bəndədək azalıb.

"Report" xəbər verir ki, Avropa Fond Bazarında yanvarın 2-də FTSE 100 indeksi 1,29% - 6 547,80 bəndədək, Almaniya DAX-ı 1,63% - 9 764,73 bəndədək, Fransa CAC-40-ı isə 1,52% - 4 252,29 bəndədək azalıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,13% ucuzlaşaraq 1 189,80 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2043 dollar (-1,26%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi