Yuxarı

​Ermənistanın təcavüzü nəticəsində Azərbaycana 300 mlrd. dollar ziyan dəyib

Hazırda işğal edilmiş ərazilərdə 350 tank, 398 ACV, 425 artilleriya 45 min şəxsi heyət saxlanılır

Bakı. 23 iyun. REPORT.AZ/ Ermənistan Respublikasının hərbi təcavüzü, Dağlıq Qarabağ problemi nəticəsində Azərbaycana 300 mlrd. ABŞ dollarından artıq dəyərdə ziyan dəyib. "Report" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin hazırladığı foto-xronikada qeyd edilir.

Məlumata görə, münaqişə nəticəsində 1988-1993-cü illərdə 900-dən artıq yaşayış məntəqəsi, 150 mindən çox ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd və 9 məscid dağıdılıb. Bütün bunlarla yanaşı dağıdılan maddi və mədəni sərvətlər sırasında 473 tarixi abidə, saray və muzeyin, 40 min muzey eksponatının, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsinin, 160 körpünün adı var.

Münaqişə nəticəsində Azərbaycanın infrastruktur sisteminə də ziyan dəyib. Belə ki, qeyd edilən dövrdə 1 200 km irriqasiya sistemi, 1 mln. hektar kənd təsərrüfatı üçün yararlı torpaq, 280 min hektar meşə, 15 min km elektrik xətti, 2 000 km qaz kommunikasiyası, 2 300 km su kommunikasiyası, 2 670 km avtomobil yolu ziyan görüb.

Komitənin məlumatına görə, hazırda işğal edilmiş ərazilərdə 350 tank, 398 ACV, 425 artilleriya, 45 min şəxsi heyət saxlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi