Bakı. 11 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş nazir
Qərara əsasən, 2019-cu ilin dekabrın 15-dək Azərbaycana idxal edilən meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərə gömrük dəyərinin 15%-i qədər gömrük rüsumu tətbiq olunacaq.
Bu qərar 30 gün sonra, fevralın 10-da qüvvəyə minəcək.
Qeyd edək ki, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular və alkoqolsuz energetik içkilərin 1 litrinə 0,3 dollar idxal gömrük rüsumu tətbiq edilir. İndiyə qədər meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin də 1 litri üçün 0,3 dollar idxal gömrük rüsumu alınıb.
Xatırladaq ki, alkoqollu energetik içkilər də daxil olmaqla digər alkoqollu içkilərin bir litrinə 2 dollar idxal gömrük rüsumu tətbiq edilir.