“Embafinans” BOKT istiqraz buraxıb

“Embafinans” BOKT istiqraz buraxıb “Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) yeni istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Maliyyə
8 Noyabr , 2019 15:04
“Embafinans” BOKT istiqraz buraxıb

“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) yeni istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

“Report” bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazdan (1 milyon manatlıq) gedir.

Qiymətli kağızlar noyabrın 14-də birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5%-dir. Faizlər ayda bir dəfə ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi