Elman Rüstəmov: "Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq"

Elman Rüstəmov: "Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq" Bakı. 1 avqust. REPORT.AZ/ Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq.
Maliyyə
1 Avqust , 2018 11:42
Elman Rüstəmov: Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq
Elman Rüstəmov
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq.

"Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib:

"Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya bir qədər yüksəldici təsiri var. Lakin düşünmürük ki, bütövlükdə inflyasiyanın hədəf dəhlizindən (6-8%) kənarlaşdıra bilər. Düşünürük ki, qiymət artımının inflyasiyaya təsiri çox minimal olacaq".

O qeyd edib ki, inflyasiyanın əsas amili məzənnə sabitliyi idi: "Biz məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olduq. Pul kütləsinin optimal formalaşmasına nail olmuşuq. Bu da inflyasiyanın idarə olunmasında mühüm rol oynayıb".

O bildirib ki, uçot dərəcəsinin yumşalması inflyasiyadan qaynaqlanmaqla monetar şəraitin yumşalması, kredit aktivliyinin bərpasına yönəlib. 

"Onun siqnal effekti yüksəkdir. Siqnal effekti maliyyə sektoru üçün ondan ibarətdir ki, əmanət, kredit faizlərinin formalaşmasına təsir edir. Monetar şəraitin yumşaldılması makroiqtisadi sabitliyin formalaşmasında mühüm rol oynayır",- E. Rüstəmov əlavə edib.

O qeyd edib ki, 2018-ci ilin sonuna infyasiyanın hədəf intervalında qalması risklər balansından asılı olacaq: "İnflyasiya hədəfinə nail olunması qiymət dəyişikliyindən, xüsusilə də dövlət tərəfindən tənzimlənən məhsulların qiymət dəyişikliyindən asılıdır". 

Son xəbərlər

Orphus sistemi