Elman Rüstəmov: "İşimiz manatın kəskin ucuzlaşmasının qarşısını almaqdır"

Elman Rüstəmov: "İşimiz manatın kəskin ucuzlaşmasının qarşısını almaqdır" Mərkəzi Bank sədri: "Banklar tələbatlarına uyğun valyuta əldə edir"
Maliyyə
2 Mart , 2016 12:40
Elman Rüstəmov: İşimiz manatın kəskin ucuzlaşmasının qarşısını almaqdır

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) daxili bazarda valyuta intervensiyasını mövcud qrafik əsasında həyata keçirir.  AMB sədri Elman Rüstəmov bunu "Report"un sualını cavablandırarkən deyib: "Bizim öz qrafikimiz var və bazara valyutanı bu qrafiklə çıxarırıq".

E.Rüstəmov ölkədəki kommersiya banklarının cari tələbata uyğun həcmdə valyuta aldığını da açıqlayıb: "Banklarda aparılan sorğular onu göstərir ki, banklar demək olar ki, tələbatlarına uyğun valyuta əldə edir. Gördüyünüz kimi, burada başqa proses getmir. Bu gün də hərrac var və biz lazım olan qədər valyutanı hərraca çıxaracağıq. Onu da qeyd edim ki, AMB valyuta təchizatçısı deyil, requlyatordur. İşimiz manatın kəskin ucuzlaşmasının qarşısını almaqdır".

Son xəbərlər

Orphus sistemi