Elman Rüstəmov: “Azərbaycanda maliyyə və makroiqtisadi sabitlik hökm sürür”

Elman Rüstəmov: “Azərbaycanda maliyyə və makroiqtisadi sabitlik hökm sürür” Biz mart ayının əvvəllərində gördük ki, koronavirusun coğrafiyasının genişlənməsi qlobal iqtisadi proseslərdə, ticarətdə, iqtisadi artımda, qiymətləndirmə və proqnozların təsiri altında neftin qiyməti müəyyən dərəcədə düşməyə başlayıb.
Maliyyə
11 Mart , 2020 13:49
Elman Rüstəmov: “Azərbaycanda maliyyə və makroiqtisadi sabitlik hökm sürür”
Elman Rüstəmov / Report
0 : 00
0 : 00

"Biz mart ayının əvvəllərində gördük ki, koronavirusun coğrafiyasının genişlənməsi qlobal iqtisadi proseslərdə, ticarətdə, iqtisadi artımda, qiymətləndirmə və proqnozların təsiri altında neftin qiyməti müəyyən dərəcədə düşməyə başlayıb".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, buna uyğun reaksiya da oldu: “Lakin, bütövlükdə neftin qiymətinin azalması, OPEC+ razılaşmasının uzadılmaması və bunun dünya əmtəə və neft bazarlarına təsiri nəticəsində neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, biz yenə də ənənəvi olaraq xarici şokdan danışırıq. Baş verən proseslər Azərbaycanda gedən sosial-iqtisadi proseslərdən qaynaqlanmır. Lakin, mən deyərdim ki, bu tam əksinə olaraq gedir. Azərbaycanda iqtisadi inkişaf sürətlənir, Azərbaycanda tam maliyyə sabitlik, makroiqtisadi sabitlik hökm sürür. Biz yenə də bu xarici şok, neftin qiyməti və buna bizim faktiki olaraq əhalimizin gözləntisi və reaksiyası formasında nəticə alırıq”.

E.Rüstəmov deyib ki, neftin qiymətinin bir neçə gündür düşməsi, ölkənin nə ticarət balansında və ya tədiyyə balansında əhəmiyyətli problem yaratmaq iqtidarında deyil: “Sadəcə olaraq, bu, bazar iştirakçılarının əllərində nağd manat olan əhalinin reaksiyasıdır. Hesab edirəm ki, bu gözlənti reaksiyasıdır. Bu gözləntidə hökumətin və Mərkəzi Bankın əsas gördüyü iş bundan ibarətdir ki, bu gözləntiləri müsbət gözləntiyə çevirməkdir. Bunun üçün biz bütün tədbirlərdən istifadə edirik. Dünən valyuta hərracı keçirilib və bütün tələbat ödənilib”. 

Son xəbərlər

Orphus sistemi