Yuxarı

Ekspertlər: ​Qızılın bahalaşması davam edəcək

Bu ilin əvvəlindən dünya bazarında qızılın qiyməti 17% artıb

Bakı. 13 fevral. REPORT.AZ/ Dünya bazarında qızılın qiyməti bu həftəni 66 dollar/unsiya və ya 5,6% artımla başa vurub. Buna səbəb isə qlobal iqtisadiyyatda resessiya gözləntilərinin artması və bir sıra inkişaf etmiş ölkələrin mərkəzi banklarının uçot dərəcəsini sıfırdan aşağı salması amilləri olub.

"Report" xəbər verir ki, ümumiyyətlə, başa çatan həftə ərzində qızıl 1 165-1 260 dollar/unsiya qiymət diapazonunda hərəkət edib. Qeyd edək ki, qızıl ilin əvvəlindən 179 dollar və ya 17% bahalaşıb. 

ABŞ iqtisadiyyatının yaxın aylar ərzində resessiya mərhələsinə daxil olması təhlükəsi qızıla olan tələbatı daha artıracağı gözlənilir. Yaxın vaxtlarda qızılın 1 300 dollar/unsiyaya qədər bahalaşması proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi