Ekspertlər: "Bu il Rusiya vətəndaşlarının real gəlirləri azalacaq"

Ekspertlər: "Bu il Rusiya vətəndaşlarının real gəlirləri azalacaq" Bu il Rusiya vətəndaşlarının real gəlirlərinin azalacağı gözlənilir.
Maliyyə
29 May , 2019 11:22
Ekspertlər: Bu il Rusiya vətəndaşlarının real gəlirləri azalacaq

Bu il Rusiya vətəndaşlarının real gəlirlərinin azalacağı gözlənilir. 

“Report” xəbər verir ki, bu qənaətə Rusiya İqtisadi Məktəbinin, eləcə də Prezident yanında Milli İqtisadiyyat və Dövlət İdarəsi Akademiyası ekspertləri gəliblər. 

Onların fikrincə, 2019-cu ildə əhalinin real gəlirlərinin artması üçün heç zəmin yoxdur. Əksinə, gəlirlərdə azalma baş verə, vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşə bilər. 

Qeyd edək ki, 2013-2018-ci illərdə Rusiya vətəndaşlarının real gəlirləri 8,3% azalıb. Son 6 il ərzində bu göstərici yalnız ötən il - 0,1% artım nümayiş etdirib. 

Son xəbərlər

Orphus sistemi